NƏ ÜÇÜN BİZ?

Sual-Sınaq
– sadəcə imtahan portalı deyil. Burada məqsəd uşaqların bilik səviyyəsini ölçməkdən çox, onların düşünmə tərzini, problem həll etmə bacarıqlarını və intellektual inkişafını dəstəkləməkdir.

Bizim üstünlüklərimiz:

Elmi əsaslara söykənən yanaşma

Tapşırıq və sınaqlar Piaget, Vygotsky və müasir təlim nəzəriyyələrinə uyğun şəkildə hazırlanır. Məqsəd yalnız nəticəni yoxlamaq deyil, öyrənmə prosesini gücləndirməkdir.

Yaşa uyğun inkişaf xətti

Məktəbəqədər yaşdan 11-ci sinfə qədər hər şagirdə öz səviyyəsinə uyğun sınaq, yarış və olimpiada təqdim edirik. Hər mərhələ uşağın kognitiv inkişafına uyğun qurulur.

Məzmunun keyfiyyəti və peşəkar müəlliflik

100-dən çox riyaziyyat və məntiq kitabının müəllifi tərəfindən hazırlanmış testlər, çalışma paketləri və intellektual yarışlar ölkənin ən etibarlı məzmun bazasını yaradır.

Müxtəlif imtahan formatları bir platformada

– Məktəbəqədər sınaqlar
– 1–8-ci siniflər üçün aylıq sınaqlar və olimpiadalar
– 9–11-ci siniflər üçün Buraxılış və Blok imtahanları
– İntellektual yarışlar və riyaziyyat-məntiq turnirləri

Şagirdlər üçün geniş seçim, müəllim və valideynlər üçün rahat izləmə sistemi təmin edirik.