1990-cı ilin 7 noyabrında Sumqayıt şəhərində anadan olmuşam. Təhsilimə 1996-cı ildə Sumqayıt şəhər 6 saylı tam orta məktəbdə başlamış, sonrakı illərdə təhsilimi Sumqayıt Özəl Türk Liseyində davam etdirmişəm. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra İstanbul Universitetinin Təhsil fakültəsinə qəbul olunmuşam. Daha sonra ali təhsilimi İstanbul Universitetinin İqtisadiyyat fakültəsində bakalavr, magistr təhsilimi isə “Təhsilin idarə olunması” ixtisası üzrə davam etdirmişəm.
Təhsil müddətində İstanbul Universiteti, Yıldız Texnik Universiteti, İstanbul Texnik Universiteti, Nəcməddin Erbakan Universiteti və Atatürk Universitetində keçirilən simpoziumlarda elmi təqdimatlarla çıxış etmiş, məruzələrim simpoziumların rəsmi kitabçalarında nəşr olunmuşdur.
2009–2017-ci illərdə İstanbulda müxtəlif kurslarda Riyaziyyat və Məntiq fənləri üzrə repetitor kimi çalışmış, yüzlərlə şagirdimin Türkiyənin qabaqcıl universitetlərinə — İstanbul Universitetinə, Yıldız Texnik Universitetinə, Karadeniz Texniki Universitetinə (ixtisas üzrə 1-ci yeri), Uludağ Universitetinə (ixtisas üzrə 1-ci yeri) və digər ali məktəblərə yüksək nəticələrlə daxil olmasına kömək etmişəm.
2017–2019-cu illərdə Azərbaycanda tədris mərkəzlərində həm müəllim, həm də idarəçi kimi fəaliyyət göstərmiş, bu illərdə iki fərqli nəşriyyatda riyaziyyat və məntiq kitablarım nəşr olunmuşdur. 2019–2025-ci illərdə “Bilgi” və “İZƏ” nəşriyyatlarının direktoru olmuş, ölkənin ən çox satılan dərs vəsaitlərinin hazırlanmasına rəhbərlik etmişəm. Daha sonra Azərbaycanın aparıcı nəşriyyatlarından biri olan LANDAU Nəşriyyat Evinin direktoru vəzifəsinə təyin edilmişəm.
2020-ci ildən bu günə qədər müxtəlif nəşriyyatlarda həm direktor, həm layihə rəhbəri, həm də müəllif kimi fəaliyyətimi davam etdirirəm. Bu müddət ərzində 100-dən çox riyaziyyat və məntiq kitabının müəllifi və həmmüəllifi, 200-dən çox nəşrin layihə rəhbəri olmuşam.
Şagirdlər arasında ən çox istifadə olunan və ölkə üzrə bestseller olan kitab seriyalarım — “Monitorinqlərə Hazırlıq”, “Yay Tapşırıqları”, “Riyaziyyat”, “Riyazi Təfəkkür və Məntiq”, “Buraxılış imtahanlarına hazırlıq” və digər dərs vəsaitləridir. Bu kitablar yüz minlərlə şagirdin riyazi bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Fəaliyyətim yalnız nəşr prosesi ilə məhdudlaşmır. Mən uşaqların bilik inkişafını Piaget və Vygotsky nəzəriyyələri əsasında araşdıran, tədris prosesində “learning trajectories”, kognitiv inkişaf, metakognitiv bacarıqlar və təcrübə yönümlü öyrənmə kimi müasir pedaqoji yanaşmaları tətbiq edən bir təhsil tədqiqatçısıyam. Məqsədim ibtidai siniflərdə riyazi təfəkkürün təməlini düzgün formalaşdırmaq, uşaqların yalnız cavab tapmağı deyil, düşünməyi, əlaqə qurmağı və məntiqi strukturu anlamağı öyrənməsinə dəstək olmaqdır.
Hazırda sınaq portalım olan sual-sinaq.az üzərindən həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün maarifləndirici məqalələr, riyazi düşünmə tapşırıqları, imtahan resursları və rəsmi nəşrlərimi paylaşır, ölkənin təhsil mühitinə həm elmi, həm də praktiki töhfə verməyə davam edirəm.
Məktəbəqədər Riyaziyyat
Məktəbəqədər Məntiq
Məktəbəqədər 3000 misal
Məktəbəqədər Fənlər Toplusu
Diqqət və Zəka 4–5 yaş
İlk Bağça kitabım 4–5 yaş
Məktəbəqədər Riyaziyyat 4–5 yaş
Riyaziyyat 1–5-ci sinif
Liseylərə hazırlıq 5–6-cı sinif
Riyaziyyat qaydalar 1–4-cü sinif
Çalışma Riyaziyyat 1–4-cü sinif
Olimpiadalara hazırlıq Riyaziyyat-Məntiq 1–4-cü sinif
30.000 misal 1–4-cü sinif
Məntiq 1–7-ci sinif
Sözlü Məntiq 1–4-cü sinif
Fənlər Toplusu 1–4-cü sinif
Yay Tapşırıqları 1–6-cı sinif
Yay Tətili kitabım 1–4-cü sinif
Qiymətləndirmə Riyaziyyat 1–4-cü sinif
Monitorinqlərə Hazırlıq 3, 4 və 6-cı sinif
Buraxılış imtahanlarına hazırlıq – 9 və 10-cu sinif sınaq topluları